...

Yevlaxda yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var

Hadisə Materials 2 Sentyabr 2011 11:50 (UTC +04:00)
Yevlaxda yanacaq daşıyan avtomobil aşıb.
Yevlaxda yanacaq daşıyan avtomobil aşıb, xəsarət alanlar var

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yevlaxda yanacaq daşıyan avtomobil aşıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Salahlı kəndi yaxınlığında (rayon mərkəzindən 22 km aralı) qoşqusunda 30 ton yanacaq olan "Kamaz" markalı yük avtomobili "Vaz" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobili çevrilib, avtomobilin qoşqusunda olan yanacaq ətrafa dağılıb.

Hər iki nəqliyyat vasitəsinin sürücüləri və minik avtomobilində olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər tərəfindən ətrafa dağılmış yanacağın alışmasının qarşısını almaq məqsədilə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti

Xəbər lenti