Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Gəncə şəhər sakininin mənzilindən silah-sursat və civə tapılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Gəncənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Hüseyn Əkbərovun mənzilinin zirzəmisindən 2 ədəd qumbara, 66 ədəd müxtəlif çaplı güllə və 8,5 kiloqram ağ civə aşkar edilərək götürülüb.
Əkbərov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.