Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Polisin qanuni tələblərinə tabe olmamış və ona qarşı müqavimət göstərmiş Bakı şəhər sakini Azər Yəhyayev saxlanılıb. Bu barədə şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 8-də saat 23:30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Azər Yəhyayev "VAZ-2103" markalı avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol-Patrul Xidməti Alayının əməkdaşı tərəfindən saxlanılıb. Bu zaman Yəhyayev polisin qanuni tələblərinə tabe olmayıb və ona qarşı müqavimət göstərib.
Sonradan Yəhyayev hadisə yerinə kömək məqsədilə gəlmiş DİN Çevik Polis Alayının əməkdaşlarının tələblərinə tabe olmayıb və polisin xidməti "Fiat Doblo" markalı avtomaşının şüşəsini sındırıb. Yəhyayev saxlanılıb və onun sərxoş olması müəyyən edilib.
Polisin tələblərinə əməl etməyən şəxs saxlanılıb
Polisin qanuni tələblərinə tabe olmamış və ona qarşı müqavimət göstərmiş Bakı şəhər sakini Azər Yəhyayev saxlanılıb.
