...

PKK yaraqlıları Türkiyədə terror hücumlarını davam etdirirlər

Hadisə Materials 20 Oktyabr 2011 11:56 (UTC +04:00)
Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları bu gün gecə və səhər yenidən Türkiyənin təhlüksəzilik qüvvələrinə qarşı hücumlar təşkil ediblər.
PKK yaraqlıları Türkiyədə terror hücumlarını davam etdirirlər

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları bu gün gecə və səhər yenidən Türkiyənin təhlüksəzilik qüvvələrinə qarşı hücumlar təşkil ediblər.

24 hərbiçinin həlak olması ilə nəticələnən dünənki terror aktından sonra PKK yaraqlıları gecə növbəti hücum həyata keçiriblər. Trend-in məlumatına görə, bu barədə CNN Türk telekanalı xəbər verib.

Siirt şəhərində yaraqlılar bir qrup türk hərbiçini qumbaraatanlardan atəşə tutublar. Hadisə nəticəsində yaralanan olmayıb.

Digər türk şəhəri Muşda bu gün səhər baş vermiş mina partlayışı nəticəsində üç hərbiçi yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Çərşənbə günü Hakkari vilayətində PKK yaraqlıları hərbçilərə hücum ediblər. Nəticədə 24 nəfər ölüb, 18-i yaralanıb.

Türkiyə Silahlı Qüvvələri Hakkari vilayətində PKK yaraqlılarının hərbçilərə hücumuna cavab olaraq İraqın şimalında yerüstü və hava əməliyyatlarına başlayıb.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Xəbər lenti

Xəbər lenti