...

Azərbaycanın yardım karvanı Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə çatıb

Hadisə Materials 29 Oktyabr 2011 19:50 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyənin Van vilayətinə yola salınmış Fövqəladə Hallar Nazirliyinin 40 avtomobildən ibarət maşın karvanı şənbə günü zəlzələdən zərər çəkmiş bölgəyə çatıb.
Azərbaycanın yardım karvanı Türkiyənin zəlzələdən zərər çəkmiş bölgəsinə çatıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Türkiyənin Van vilayətinə yola salınmış Fövqəladə Hallar Nazirliyinin 40 avtomobildən ibarət maşın karvanı şənbə günü zəlzələdən zərər çəkmiş bölgəyə çatıb.

Trend-in şənbə günü FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, hazirda çatdırılmış yardım aidiyyəti üzrə təhvil verilir.

Avtomobil karvanı ilə 1000 ədəd çadır (hər biri 24 kv.m), 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2000-dən artıq ədyal təbii fəlakət bölgəsinə çatdırılmışdır.

Bununla da Fövqəladə Hallar Nazirliyi tərəfindən 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq ədyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərərçəkmiş bölgəyə çatdırılmışdır.

Oktyabrın 23-də Van vilayətində 7,2 bal gücündəğ zəlzələ baş verib. Yerli seysmoloqlar elə həmin gün təbii fəlakət nəticəsində həlak olanların sayının 500-dən min nəfərədək çatacağı barədə xəbərdarlıq ediblər.

Son məlumata əsasən, zəlzələnin qurbanlarının sayı 582 nəfər təşkil edib, 2,6 min nəfər yaralanıb.

Təbii fəlakət rayonunda xilasetmə işləri davam edir.

Xəbər lenti

Xəbər lenti