...

Metrodan lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb

Hadisə Materials 15 Dekabr 2011 12:18 (UTC +04:00)
Metrodan lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb.
Metrodan lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb

Azərbaycan, Bakı, 15 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Metrodan lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da metronun "28 May" stansiyasında, şəhər sakini Mirzəxan Mirzəyevin işlədiyi köşkdən 70 manat pul və 500 ədəd lotereya bileti oğurlamış Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Nəsirov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin noyabr ayının 24-də metronun "Nəriman Nərimanov" stansiyasında, Bakı şəhər sakini Orucəli Əmirovun işlədiyi köşkdən 289 manat pul, lotereya biletləri və danışıq kartları oğurladığı da müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti