...

"Connect TV"nin ofisindən oğurluq edən şəxslər tutulub

Hadisə Materials 19 Dekabr 2011 11:59 (UTC +04:00)
"Connect TV"nin ofisindən oğurluq edən şəxslər tutulub.
"Connect TV"nin ofisindən oğurluq edən şəxslər tutulub

Azərbaycan, Bakı, 19 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

"Connect TV"nin ofisindən oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, dekabrın 16-sı saat 04:00 radələrində naməlum şəxslər X.Məmmədov küçəsində yerləşən "Connect TV"nin ofisinə açar seçmə yolu ilə daxil olaraq orada mühafizəçi işləyən Rufiz Axundzadənin əl-qolunu yapışqan lentlə bağlayıblar.

Daha sonra açar seçmə yolu ilə dəmir seyfdə olan 12 min 800 manat, masanın siyirməsində olan 2200 manat pulu götürüb gediblər.

Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin və 36-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Zeynal Bəhlulov və İsrafil İsmayılov dekabrın 17-də tutulublar.

Xəbər lenti

Xəbər lenti