...

Bakıda iki nəfər liftin şaxtasına yıxılaraq ölüb

Hadisə Materials 24 Dekabr 2011 13:33 (UTC +04:00)
Bakıda bir gündə iki nəfər liftin şaxtasına yıxılaraq ölüb.
Bakıda iki nəfər liftin şaxtasına yıxılaraq ölüb

Azərbaycan, Bakı, 24 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bir gündə iki nəfər liftin şaxtasına yıxılaraq ölüb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonu ərazisində 2 yaşlı Tural Niftiyev yaşadığı evin 7-ci mərtəbəsindən liftin şaxtasına yıxılaraq ölüb.

Yasamal rayonu ərazisində, Respublika Kliniki Xəstəxanasında təmir işləri aparan Yevlax rayon sakini Natiq Əsgərov isə 3-cü mərtəbədən liftin şaxtasına yıxılaraq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti