Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Gəncədə bir neçə gün əvvəl şəhər sakinini döyərək öldürən şəxs saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 28-də Gəncə şəhəri, 3-cü mikrorayonun ərazisində Avtozavod qəsəbə sakini Ramin Rüstəmov münaqişə zəminində şəhər sakini Elmidar Kazımovu döyüb.
Kazımov aldığı xəsarətlərdən 2012-ci il yanvarın 1-də xəstəxanada dünyasını dəyişib.
Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəmov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.