...

Bakıda avtomobil oğrusu saxlanılıb

Hadisə Materials 4 Yanvar 2012 15:07 (UTC +04:00)
Yanvarın 3-də saat 16:40 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən qəsəbə sakini Emin Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılıb.
Bakıda avtomobil oğrusu saxlanılıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir M.Əliyev/

Yanvarın 3-də saat 16:40 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən qəsəbə sakini Emin Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılıb.

Trend-in çərşənbə günü DİN-in saytına istinadən yaydığı məlumata görə, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də saat 00:15 radələrində qəsəbə ərazisində avtomaşını qaçırmış Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynov saxlanılıb. Avtomaşının arxa hissəsində dövlət nömrə nişanı olmayıb, qabaq hissəsində isə digər avtomaşınına məxsus dövlət nömrə nişanı olub.

Araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti