...

Bakıda şirkət rəhbərini qarət edən xəzinədar tutulub

Hadisə Materials 7 Yanvar 2012 11:57 (UTC +04:00)
Bakıda şirkət rəhbərini qarət edən xəzinədar tutulub
Bakıda şirkət rəhbərini qarət edən xəzinədar tutulub

Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir K.Zərbalıyeva/

Bakıda şirkət rəhbərini qarət edən xəzinədar tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən şənbə günü Trend-ə verilən məlumata görə, "ARTS" tikinti materialları alqı-satqı şirkətinin direktoru, Bakı şəhər sakini Bahəddin Qarakedəyev Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, yanvarın 5-i saat 18:00 radələrində, Fətəlixan Xoyski küçəsində, şirkətin xəzinədarı Mərdan Xankişiyev onun əlindən içərisində 20 min manat olan bükülünü alaraq qaçıb.

Keçirilən əməliyyat tədbirləri nəticsində soyğunçuluqda şübhəli bilinən Xankişiyev yanvarın 6-da tutulub.

Xəbər lenti

Xəbər lenti