...

Bakı Avropa Liseyinin şagirdləri evakuasiya olunub (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Hadisə Materials 11 Yanvar 2012 14:03 (UTC +04:00)
Bu gün Bakıda Süleyman Tağızadə küçəsində yerləşən Bakı Avropa Liseyinin qarşısında "Kamaz" markalı avtomobil aşıb. Nəticədə orada dayanan 4-5 maşın əzilib.
Bakı Avropa Liseyinin şagirdləri evakuasiya olunub (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Fotoşəkillər əlavə olunub (İlk xəbər 12:41-də yayılıb)

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir K.Zərbalıyeva/

Bu gün Bakıda Süleyman Tağızadə küçəsində yerləşən Bakı Avropa Liseyinin qarşısında "Kamaz" markalı avtomobil aşıb. Nəticədə orada dayanan 4-5 maşın əzilib.

Yasamal Rayon Polis İdarəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, yaxınlıqdan keçən qaz xətti zədələndiyi üçün liseyin şagirdləri evakuasiya olunub.

Qəza zamanı ölən və xəsarət alan yoxdur.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, "Kamaz" markalı avtomobil binaya çırpılıb və aşıb.

Qəza nəticəsində qaz xətti qırılıb. Məktəb binasına qaz dolduğu üçün liseydə dərs dayandırılıb və şagirdlər evakuasiya olunublar.

Hadisə yerində olan digər şahidlərin verdiyi məlumata görə, "Kamaz" markalı avtomobil 77 saylı avtobusla toqquşub. Nəticədə "Kamaz" liseyin 1-ci korpusuna çırpılıb və dayanacaqda olan 5 minik avtomobilinin üstünə aşıb. Qəza zamanı avtobus aşıb. Avtobusun qapıları bağlandığından, sərnişinlər xilasedicilər tərəfindən avtobusdan çıxarılıb.

Qəza zamanı qaz xətti qırılıb və liseyin 1-ci korpusuna qaz sızıb.

"Azəriqaz"-dan Trend-ə verilən məlumata görə, qaz sızması çox olduğundan, həmin əraziyə qaz verilişi dayandırılıb. Əraziyə qazın verilişi günün sonunadək bərpa oluna bilər.

"Kamaz"-ın sürücüsü Akif Ağamirzəoğlu isə Trend-in hadisə yerində olan müxbirinə bildirib ki, əyləc sistemi işləmədiyindən yolun kənarındakı bir neçə avtomobili vurub və sonra Bakı Avropa Liseyinin binasına çırpılıb.

Hadisə yerində olan polis əməkdaşları Trend-ə bildiriblər ki, hadisə zamanı 2-3 nəfər yüngül xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti