...

Türkiyə hava yolları güclü qar səbəbindən 184 reysi təxirə salıb

Hadisə Materials 30 Yanvar 2012 16:55 (UTC +04:00)
Bazar ertəsi İstanbulda güclü qar yağması səbəbindən 184 reys təxirə salınıb.
Türkiyə hava yolları güclü qar səbəbindən 184 reysi təxirə salıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Tağıyeva/

Bazar ertəsi İstanbulda güclü qar yağması səbəbindən 184 reys təxirə salınıb. Bu barədə bazar ertəsi Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

184 reysdən 34-ü beynəlxalqdır. Güclü qar İstanbula bazar günü axşam yağıb.

İstanbul rəhbərliyi yerli sakinləri yaxın iki gündə zəruri ehtiyac yaranmadığı təqdirdə şəxsi nəqliyyatdan istifadə etməməyə çağırır.

Son günlər Türkiyənin böyük hissəsinə soyuq və qarlı hava hakim kəsilib, bir çox ərazilərdə nəqliyyatın hərəkətində fasilələr qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti