...

Maxaçkalada bədən tərbiyəsi müəllimi qətlə yetirilib

Hadisə Materials 12 Fevral 2012 11:52 (UTC +04:00)
Maxaçkalada məktəb müəllimi öz mənzilində qətlə yetirilib
Maxaçkalada bədən tərbiyəsi müəllimi qətlə yetirilib

Azərbaycan, Bakı, 12 fevral / Trend /

Maxaçkalada məktəb müəllimi öz mənzilində qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə xəbəri RİA Novosti Dağıstan üzrə cinayət-axtarış orqanlarına istinadən yayıb.

Maxaşkalanın 22 saylı məktəbinin qadın bədən tərbiyəsi müəlliminin meyiti çoxsaylı bıçaq yaraları ilə Şeyx Şəmil prospektində yerləşən evində tapılıb.

Hazırda hadisə yerində əməliyyat qrupu araşdırma aparır, hadisənin təfərrüatları aydınlaşdırılır.

Xəbər lenti

Xəbər lenti