...

Baş Prokurorluq Binəqədidə baş verən qətllə bağlı məlumat yayıb

Hadisə Materials 13 Fevral 2012 12:24 (UTC +04:00)
Baş Prokurorluq Binəqədidə baş verən qətllə bağlı məlumat yayıb.
Baş Prokurorluq Binəqədidə baş verən qətllə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 13 fevral / Trend müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Binəqədidə baş verən qətllə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 13-də saat 02:00 radələrində Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Yeni Yol küçəsi, 16 ünvanında yerləşən ikimərtəbəli evin ikinci mərtəbəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşayan 1979-cu il təvəllüdlü Babayev Müslüm Bəxtiyar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin evin birinci mərtəbəsində kirayədə yaşamış 1980-ci il təvəllüdlü Mikayılov Xosrov Dostalı oğluna mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürüb.

Mübahisə zamanı özü də xəsarət almış Müslüm Babayev xəstəxanaya müraciət edib və ona müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq məhkəmə-tibbi, kompleks kriminalistik və bioloji ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Müslüm Babayev tutularaq istintaqa cəlb olunub və sonuncu ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti