...

Göyçayda torpaq sürüşməsi baş verib

Hadisə Materials 15 Fevral 2012 16:26 (UTC +04:00)
Göyçayda torpaq sürüşməsi baş verib.
Göyçayda torpaq sürüşməsi baş verib

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Göyçayda torpaq sürüşməsi baş verib.

Trend-in çərşənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Aran Regional Mərkəzindən daxil olmuş məlumata əsasən, fevralın 14-də axşam saatlarında Göyçay şəhərinin mərkəzindən 3 km şimal istiqamətində, dağlıq ərazidə torpaq sürüşməsi baş verib.

Nəticədə, sürüşmə ərazisindəki Ərəb arxının qarşısı kəsilib, ərazidən keçən diametri 1200 mm olan yüksəktəzyiqli qaz kəməri zədələndiyi üçün qaz sızması yaranıb.

Xəbər lenti

Xəbər lenti