...

Azərbaycanda qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb

Hadisə Materials 16 Fevral 2012 12:11 (UTC +04:00)
Azərbaycanda radikal dini təmayüllü təriqətə məxsus dini ədəbiyyatlar aşkarlanıb.
Azərbaycanda qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb

Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda radikal dini təmayüllü təriqətə məxsus dini ədəbiyyatlar aşkarlanıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayon polis şöbəsinin və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində radikal yönümlü dini təriqətlərdən birinə meyilli olan Mahamalar kənd sakini Polad Kərimovun evinə baxış zamanı 8 ədəd dini məzmunlu kitab, 1 ədəd jurnal və 1 ədəd broşür, Balakən şəhərində kirayədə yaşayan Zaqatala rayon sakini Bəhruz Musayevin evinə baxış zamanı isə 5 ədəd dini məzmunlu kitab aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti