...

Milli Orduya məxsus hərbi maşın minaya düşüb, əsgər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 Mart 2012 12:45 (UTC +04:00)
Bu gün səhər saatlarında Milli Orduya məxsus hərbi maşın minaya düşüb.
Milli Orduya məxsus hərbi maşın minaya düşüb, əsgər xəsarət alıb (ƏLAVƏ OLUNUB)

Müdafiə Nazirliyinin məlumatı əlavə olunub. İlk xəbər saat 11:58-də yayılıb.

Azərbaycan, Bərdə, 5 mart / Trend müxbir Ş.Cəliloğlu/

Bu gün səhər saatlarında Milli Orduya məxsus hərbi maşın minaya düşüb.

Trend-in bölgə müxbirinin verdiyi məlumat görə, cəbhənin Tərtər rayonu Qızıloba kəndi yaxınlığında Milli Orduya məxsus su maşını minaya düşüb.

Hadisə zamanı müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu, Balakən rayon sakini Raduqa Abdulrəhmanov xəsarət alıb.

Yaralı hospitala yerləşdirlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə məlumatı təsdiqləyib, bildirib ki, hadisə zamanı əsgər kəllə-beyin travması alıb, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti