Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/
Bakıda yanğın nəticəsində bir nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 18-də saat 02:30 radələrində Binəqədi rayonu ərazisində yeni tikilmiş evin gözətçi otağında yanğın baş verib.
Nəticədə otağın yanar konstruksiyaları və oradakı əşyalar yanıb, sərxoş halda olan 35-40 yaşlı gözətçi isə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.