...

Şamaxıda avtomobil güclü çay axınına düşüb

Hadisə Materials 22 Mart 2012 17:29 (UTC +04:00)
Şamaxıda avtomobil güclü çay axınına düşüb.
Şamaxıda avtomobil güclü çay axınına düşüb

Azərbaycan, Bakı, 22 mart /Trend/

Şamaxıda avtomobil güclü çay axınına düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şamaxı rayonu, Muğanlı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "Toyota" markalı minik avtomobili Kalva çayını keçən zaman güclü çay axınına düşüb.

Avtomobildə köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti