...

Bakıda mənzildə üç meyit aşkarlanıb

Hadisə Materials 23 Mart 2012 10:41 (UTC +04:00)
Azərbaycan paytaxtında mənzildə üç meyit aşkarlanıb.
Bakıda mənzildə üç meyit aşkarlanıb

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan paytaxtında mənzildə üç meyit aşkarlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzilə eyvandan daxil olublar.

Mənzilə baxış keçirilərkən üç nəfər vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində vətəndaşların vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxslərin cəsədləri xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti