Azərbaycan, Bakı, 30 mart / Trend müxbir K.Zərbalıyeva/
Sumqayıt şəhər sakini silah satarkən tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Sahib Dadaşov 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı, 1 ədəd qumbaranı, 1 ədəd qumbara alışdırıcısını, 1 ədəd səsböğucunu və 3 ədəd tapança gülləsini 1100 manata satarkən tutulmuş, ondan əlavə 1 ədəd qumbara və 1 ədəd qumbara alışdırıcısı götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.