Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir K.Zərbalıyeva/
Lənkəranda iki nəfər göldə boğulub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə martın 31-də daxil olmuş məlumata əsasən, iki nəfər naməlum şəkildə Lənkəran rayonu Mahmudavar kəndi yaxınlığında, nəzarətsiz ərazidə olan gölə düşüb.
Dərhal hadisə yerinə çıxan Fövqəladə Hallar Nazirliyinin Cənub dalğıc-axtarış qrupunun xilasediciləri vətəndaşların köməyi ilə İstisu qəsəbə sakinləri 1977-ci il təvəllüdlü Hüseynov Əhməd Tahir oğlu və 1997-ci il təvəllüdlü Ağazadə Rəşad Qulamhüseyin oğlunun cəsədlərini paltarlı vəziyyətdə taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Lənkəranda iki nəfər göldə boğulub
Lənkəranda iki nəfər göldə boğulub.
