...

Bakıda yaşayış binasında partlayış baş verib

Hadisə Materials 13 Aprel 2012 12:16 (UTC +04:00)
Bakıda yaşayış binasında partlayış baş verib
Bakıda yaşayış binasında partlayış baş verib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış binasında partlayış baş verib.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda binada qaz balonunun partlaması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində məişətdə istifadə olunan kiçik həcmli qaz balonu partlayıb. Yanğın hadisəsi, dağıntı və xəsarət alan olmayıb. Xilasedicilər və yanğınsöndürənlər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti