Azərbaycan, Bakı, 14 aprel /Trend/
Bakıda, Heydər Əliyev prospektində saat 22:50 radələrində zəncirvari yol qəzası baş verib. Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, 4 avtomobil - 90-MP-305 nömrə nişanlı "Mercedes", 50-BL-504 nömrəli "VAZ - 2106", 90-DR-011 dövlət nömrə nişanı olan "Honda" və "VAZ - 2107" markalı maşın toqquşub.
İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə yerində FHN xilasediciləri, təcili tibbi yardım və YPX işçiləri işləyirlər.
Yol qəzası ilə əlaqədar Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində çətinliklər var.
Bakıda zəncirvari yol qəzası baş verib