...

İranda üç zəlzələ qeydə alınıb

Hadisə Materials 19 Aprel 2012 10:38 (UTC +04:00)
Bu gün səhər İranın İlam əyalətinin Dehloran şəhəri yaxınlığında 4,9 və 4,4 bal gücündə iki zəlzələ baş verib.
İranda üç zəlzələ qeydə alınıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın İlam əyalətinin Dehloran şəhəri yaxınlığında 4,9 və 4,4 bal gücündə iki zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytı "iribnews"a istinadən məlumat verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 08:40-da qeydə alınıb.

Bundan başqa, ötən axşam Kirman əyalətinin Rudbar şəhəri yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 22:10-da baş verdiyini bildirib.

Zəlzələlər nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti