...

Azərbaycanda istirahət günlərinin "yol faciəsi": 4 ölü, 58 yaralı

Hadisə Materials 14 May 2012 09:47 (UTC +04:00)
Azərbaycanda istirahət günləri - mayın 12 və 13-də 34 yol qəzası baş verib, nəticədə 4 nəfər ölüb, 58 nəfər isə xəsarət alıb.
Azərbaycanda istirahət günlərinin "yol faciəsi": 4 ölü, 58 yaralı

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda istirahət günləri - mayın 12 və 13-də 34 yol qəzası baş verib, nəticədə 4 nəfər ölüb, 58 nəfər isə xəsarət alıb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, yol qəzalarının 19-u mayın 12-də baş verib. Nəticədə 2 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölümlə nəticələnən yol qəzalarından biri paytaxtın Xəzər rayonunda baş verib. Həmin qəzada avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Mayın 13-də isə 15 yol qəzası baş verib. Nəticədə 2 nəfər ölüb, 33 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti