...

Azərbaycanda ağır yol qəzası: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Hadisə Materials 15 May 2012 10:15 (UTC +04:00)
Azərbaycanda iki nəfərin ölməsi, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.
Azərbaycanda ağır yol qəzası: 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda iki nəfərin ölməsi, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Daşkəsən-Gəncə yolunun 29-cu kilometrliyində, Daşkəsən rayonu ərazisində Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Elnur Qarayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək aşıb və çaya düşüb.

Qəzada 1938-ci il təvəllüdlü Maral Quliyeva və onun nəvəsi, 2006-cı il təvəllüdlü Maral Quliyeva hadisə yerində dünyalarını dəyişiblər.

Sürücü və sərnişinləri - Gəncə şəhər sakinləri Bilqeyis Məmmədova (1993), Rufa Məmmədova (1961) və Daşkəsən rayon sakini Nailə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti