...

Lənkəranda özünü çaya atan qadın sağ qalıb

Hadisə Materials 15 May 2012 11:59 (UTC +04:00)
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Lənkəranda özünü çaya atan qadın sağ qalıb

Azərbaycan, Bakı, 15 may / Trend müxbir K.Zərbalıyeva/

Lənkəranda özünü çaya atan qadın sağ qalıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 112 qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Sütəmurdov kəndində (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralı) 1 nəfər özünü körpüdən çaya atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qadın özünü təxminən 10-12 metr hündürlükdən atıb, lakin o, çaya deyil, körpünün sütununu təşkil edən beton konstruksiyanın üzərinə düşüb və sağ qalıb.

Vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti