...

Sumqayıtda 3 azyaşlı uşaq qidadan zəhərlənib

Hadisə Materials 6 Avqust 2012 13:34 (UTC +04:00)
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxşdir.
Sumqayıtda 3 azyaşlı uşaq qidadan zəhərlənib

Azərbaycan, Bakı, 6 avqust / Trend müxbir K.Zərbalıyeva/

Sumqayıtda 3 azyaşlı uşaq qidadan zəhərlənib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 4-də Sumqayıt şəhər sakini 5 yaşlı Leyla Mürsəlova, qardaşları 4 yaşlı Əbülfəz və 2 yaşlı Zülfüqar qidadan (qarğıdalı çubuqları və marmeladından) zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti