...

Azərbaycanda yol polisi xidmətdə olarkən dünyasını dəyişib

Hadisə Materials 10 Avqust 2012 10:11 (UTC +04:00)
Bakı-Astara yolunda baş verən qəza zamanı xidmətdə olan polis əməkdaşı dünyasını dəyişib.
Azərbaycanda yol polisi xidmətdə olarkən dünyasını dəyişib

Azərbaycan, Bakı, 10 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bakı-Astara yolunda baş verən qəza zamanı xidmətdə olan polis əməkdaşı dünyasını dəyişib.

Qaradağ rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avtomobil yolunda iki yük maşınının toqquşması zamanı hadisə yerində xidmət aparan rayon Polis İdarəsinin 11-ci polis bölməsinin baş serjantı Babagözəl Hacıyev yoldan keçən 85 BV 155 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobil tərəfindən vurulub.

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Polisi vuran sürücü isə idarə etdiyi avtomaşınla birgə hadisə yerindən qaçsa da, sonradan aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun avtomobili müəyyən edilərək polis bölməsinə gətirilib. Hazırda sürücünün də şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisədən öncə Bakı-Astara magistral yolunun 80-cı kilometrliyində - Qaradağ rayonu Ələt qəsəbəsində iki "KamAZ" markalı yük maşını toqquşub. Qəza zamanı sürücülərdən biri Siyavuş Məmmədov baş nahiyyəsindən aldığı xəsarətdən dünyasını dəyişib. Yük maşınları eyni istiqamətdə - üzü paytaxta doğru hərəkət edirmişlər.

Xəbər lenti

Xəbər lenti