...

Lənkəranda 4 nəfər dərəyə yıxılıb: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Hadisə Materials 11 Avqust 2012 13:37 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda Lerik-Lənkəran yolunun 22-ci kilometrliyində bir neçə nəfər dərəyə düşüb.
Lənkəranda 4 nəfər dərəyə yıxılıb: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 avqust /Trend müxbir K.Zərbalıyeva/

Lənkəranda 4 nəfər dərəyə yıxılıb, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonunda Lerik-Lənkəran yolunun 22-ci kilometrliyində bir neçə nəfər dərəyə düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 4 nəfər dərinliyi 200-250 metr olan dərəyə düşüb, onlardan 3 nəfəri xəsarət alıb, biri - 1992-ci il təvəllüdlü Səkinə Azad qızı Həbibi ölüb.

Xəsarət alan 2 nəfər vətəndaşların köməkliyi ilə, 1 nəfər və Həbibinin cəsədi isə Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən müvafiq qaydada dərədən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti