Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bərdədə bir qrup şəxs arasında dava olub, ölən və xəsarət alanlar var.
Bərdə rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Hüseynalılar kəndinin bir qrup sakini arasında yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Ramil Sadıqov 1995-ci il təvəllüdlü Husif Yusiflini, 1988-ci il təvəllüdlü Zamin Dadaşovu və 1960-cı il təvəllüdlü Allahyar Dadaşovu bıçaqlayıb.
1992-ci il təvəllüdlü Dadaşov Əhməd Allahyar oğlu isə idarə etdiyi avtomobillə 1985-ci il təvəllüdlü Nuri Əsədovu vurub.
Husif Yusifli aldığı xəsarətdən dünyasını dəyişib, digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.