Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Olimpiya Kompleksində oğurluq olub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 28-də Qusar şəhər Olimpiya Kompleksindən 2 ədəd televizor, 2 ədəd DVD və 2 ədəd yataq dəsti oğurlanıb.
Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Mustafayev tutulub.