...

Bakıda minik avtomobili ilə motosiklet toqquşub: ölənlər var (VİDEO)

Hadisə Materials 31 Oktyabr 2012 18:43 (UTC +04:00)
Bakıda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində iki nəfər ölüb.
Bakıda minik avtomobili ilə motosiklet toqquşub: ölənlər var (VİDEO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bakıda minik avtomobili ilə motosikletin toqquşması nəticəsində iki nəfər ölüb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 31-də saat 00:20 radələrində Yasamal rayonu ərazisində Kürdəmir rayon sakini Anar Babayevin idarə etdiyi "Nissan" markalı avtomaşınla motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntü "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti