Azərbaycan, Bakı, 4 dekabr /Trend/
Türkiyə sahillərindən 12 mil aralıda, "Volga Balt 199" quru yük gəmisinin batdığı Qara dənizdə axtarış-xilasedici işlərin həyata keçirilməsi zamanı 3 xilasedici ölüb, daha üçü isə itkin düşüb. Bu barədə Trend çərşənbə axşamı RİA Novosti-yə istinadən məlumat verir.
Xilasedicilərin olduğu qayıq qayaya çırpılaraq batıb.
Rusiyadan Türkiyənin Antalya şəhərinə 3,3 min ton kömür daşıyan yük gəmisi İstanbul yaxınlığındakı Şile ərazisində batıb. 12 nəfərlik heyət üzvündən 11-i Ukrayna, 1-i isə Rusiya vətəndaşıdır.