...

Yevlaxda ağır yol qəzası: iki nəfər ölüb, biri uşaq olmaqla 4 sərnişin yaralanıb

Hadisə Materials 22 Yanvar 2013 10:06 (UTC +04:00)
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Yevlaxda ağır yol qəzası: iki nəfər ölüb, biri uşaq olmaqla 4 sərnişin yaralanıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yevlaxda yol qəzası olub, iki nəfər ölüb, biri uşaq olmaqla 4 sərnişin yaralanıb.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonu, Aran qəsəbəsində Bakı-Qazax yolunun 304-cü kilometrliyində "Volkswagen" və "VAZ" markalı iki minik avtomobili toqquşub.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində ölüb, 4 sərnişini, o cümlədən 1 nəfər azyaşlı xəsarət alıb və xəstəxanaya aparılıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:15-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti