...

Neftçalada partlayış baş verib, ölən və xəsarət alan var

Hadisə Materials 25 Yanvar 2013 10:08 (UTC +04:00)
Neftçala rayonunda yanğınla nəticələnən partlayış baş verib, bir nəfər ölüb.
Neftçalada partlayış baş verib, ölən və xəsarət alan var

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət /

Neftçalada yanğınla nəticələnən partlayış baş verib, bir nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı aynəbəddən ibarət qamış və palçıqdan tikilmiş evdə yanğınla nəticələnən partlayış baş verib. Nəticədə evin konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1958-ci il təvəvəllüdlü Nağıyeva Şəndə Vəli qızının meyiti aşkar edilib.

Ev sahibi müxtəlif yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 03:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti