Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Bakıda liseydə məktəbli döyülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, yanvarın 24-ü saat 11:50 radələrində Bakıxanov qəsəbəsi Məktəbli küçəsində yerləşən 12 saylı liseydə orada oxuyanlar - Bakı şəhər sakinləri Ramin Novruzov Ramil Məmmədovu döyərək ona bədən xəsarəti yetirib.
Məmmədov 3 saylı ŞKX-yə yerləşdirilib.
Novruzovun tutulması üçün Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.