...

Bakıda gecə saatlarında dava baş verib, bir nəfər ölüb

Hadisə Materials 29 Yanvar 2013 10:39 (UTC +04:00)
Bakıda yanvarın 28-də gecə 22:00-23:00 radələrində baş verən dava nəticəsində bir nəfər ölüb. Bu barədə Trend-ə Nərimanov rayon Prokurorluğundan məlumat verilib.
Bakıda gecə saatlarında dava baş verib, bir nəfər ölüb

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda yanvarın 28-də gecə 22:00-23:00 radələrində baş verən dava nəticəsində bir nəfər ölüb. Bu barədə Trend-ə Nərimanov rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, Nərimanov rayonu ərazisində "Günəş" saunasının yaxınlığında bir qrup şəxs arasında düşən davada iki qardaş - 38 yaşlı Orucov Vüqar Ənvər oğlu və 35 yaşlı Bəxtiyar Orucov bıçaqlanıb. Vüqar Orucov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Qardaşı Bəxtiyar Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti