...

Xaçmaz rayonunda yanğın nəticəsində 3 yaşlı qız xəsarət alıb

Hadisə Materials 3 Fevral 2013 22:56 (UTC +04:00)
Xaçmaz rayonu, Mürşüdoba kəndində (rayon mərkəzindən 10 km aralı) Nazifə İsbatovaya məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı, pəncərə çərçivəsi 4 kv.m və ev əşyaları 5 kv.m sahədə yanmışdır. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Xaçmaz rayonunda yanğın nəticəsində 3 yaşlı qız xəsarət alıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Xaçmaz rayonu, Mürşüdoba kəndində (rayon mərkəzindən 10 km aralı) Nazifə İsbatovaya məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı, pəncərə çərçivəsi 4 kv.m və ev əşyaları 5 kv.m sahədə yanmışdır. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.

Trend Regional TV-yə istinadən xəbər verir ki, İsbatovanın qızları 3 yaşlı Mələk və 6 yaşlı Səadət yanan evdə köməksiz vəziyyətdə qalıb. Yanğından xəbər tutan qonşular evin qapısını qıraraq qızları xilas edib.

3 yaşlı Mələyin vəziyyəti ağır olduğundan o, təcili Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona üzün, yuxarı və aşağı ətrafların 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub.
Uşağın vəziyyəti ağır olduğundan o, paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Xəbər lenti

Xəbər lenti