...

Bakıda üç nəfəri bıçaqlayan Gürcüstan vətəndaşı saxlanıldı

Hadisə Materials 4 Fevral 2013 15:48 (UTC +04:00)
Suraxanı rayonu ərazisində əslən azərbaycanlı olan Gürcüstan vətəndaşlarının iştirakı bıçaqlanma hadisəsi baş verib.
Bakıda üç nəfəri bıçaqlayan Gürcüstan vətəndaşı saxlanıldı

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir İ.İzzət/

Suraxanı rayonu ərazisində əslən azərbaycanlı olan Gürcüstan vətəndaşlarının iştirakı bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 4-də saat 01.00 radələrində Suraxanı rayonu ərazisində, Gürcüstan vətəndaşları Rauf Ovçuyev, Ramal Ovçuyev, Şamil Əliyev, Rafayel Məmmədov arasında münaqişə baş verib.

Münaqişə zamanı Rauf Ovçuyev hadisə yerinin yaxınlığından keçən Bakı şəhər sakinləri Tarıyel Sadiqova və onun oğlu Aslana, habelə onları intizama dəvət edən həmin ərazidə xidmət aparan Suraxanı Rayon Polis İdarsəinin əməkdaşı Şamil Qasımova bıçaqla xəsarət yetirib. Rauf, Ramal, Şamil və Rafayel saxlanılıb, T.Sadiqov, Aslan və Ş.Qasımov isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti