...

Bakıda keçmiş məhkumlardan xeyli miqdarda narkotik maddə götürülüb

Hadisə Materials 26 Fevral 2013 13:35 (UTC +04:00)
Yasamal rayonunda keçmiş məhkumların üzərindən xeyli miqdarda heroin aşkar edilərək götürülüb.
Bakıda keçmiş məhkumlardan xeyli miqdarda narkotik maddə götürülüb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda keçmiş məhkumların üzərindən xeyli miqdarda heroin aşkar edilərək götürülüb.

Yasamal rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, idarənin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-i saat 17:30 radələrində Yasamal rayonu Mikayıl Müşfiq küçəsi 1 saylı evin qarşısında əvvəllər məhkum olunmuş 1976-ci il təvəllüdlü Quliyev Elşad Abbasqulu oğlundan 610,14 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər əməliyyat zamanı isə İsmayıl Şıxəliyevdən 11,237 qram heroin aşkar edilərək götürülüb.

Verilən məlumata görə, Şıxəliyev də əvvəllər məhkum həyatı yaşayıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti