Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/
Astara sakinindən sənədləri olmayan tüfəng götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 25-də Astara rayonunun Qapıçıməhəllə kənd sakini Heyran Qulamova rayon polis şöbəsinə müraciət edərək, həmin gün qohumu Bəxtiyar Həsənovun ov tüfənginin qundağı ilə ona xəsarət yetirdiyini bildirib.
Həsənovun evinə baxış zamanı müvafiq sənədləri olmayan "TOZ-16" markalı ov tüfəngi götürülüb.