...

Moskvada azərbaycanlı polkovnik güllələndi

Hadisə Materials 5 Mart 2013 15:55 (UTC +04:00)
Moskvada azərbaycanlı polkovnik Adil Mahmudov restoranda nahar edən zaman qətlə yetirilib.
Moskvada azərbaycanlı polkovnik güllələndi

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Moskvada azərbaycanlı polkovnik Adil Mahmudov restoranda nahar edən zaman qətlə yetirilib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Başından güllələnən həmyerlimiz hadisə yerindəcə dünyasını dəyişib.

Mahmudovun qafqaz əsilli naməlum şəxs tərəfindən qətlə yetirildiyi bildirilir.

1967-ci il təvəllüdlü Adil Mahmudovun Rusiya Müdafiə Nazirliyinin əməkdaşı olduğu deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti