...

Şəmkirdə mübahisə qanlı hadisə ilə nəticələndi

Hadisə Materials 8 Mart 2013 16:07 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə gənclər arasında düşən yersiz mübahisə qanlı hadisə ilə nəticələnib. Gənclərdən biri digərinə xəsarət yetirib. Mübahisəyə səbəb əvvəlcədən planlaşdırılan əyləncənin sona çatdırılmaması olub.
Şəmkirdə mübahisə qanlı hadisə ilə nəticələndi

Azərbaycan, Bakı, 8 mart /Trend/

Şəmkirdə 21 yaşlı gəncə xəsarət yetirilib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə gənclər arasında düşən yersiz mübahisə qanlı hadisə ilə nəticələnib. Gənclərdən biri digərinə xəsarət yetirib. Mübahisəyə səbəb əvvəlcədən planlaşdırılan əyləncənin sona çatdırılmaması olub.

Şəmkirin Düyərli kənd sakinləri - 21 yaşlı Cavanşir Bəylər oğlu Gülmuradov və 24 yaşlı Seymur Arif oğlu Abbasov birlikdə yeyib-içdikdən sonra bara əylənməyə getməyi planlaşdırıblar. Seymur Abbasov əvvəlcə buna razılıq versə də, sonradan fikrindən daşınıb. Bunu qəbul etməyən Cavanşir Gülmuradov həmkəndlisi ilə mübahisə edib. Bu zaman Abbasov vintaçanla Gülmuradovun başına xəsarət yetirib.

Xəsarət alan Cavanşir Gülmuradov əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti ağır olduğundan, sonradan paytaxt xəstəxanalarından birinə köçürülüb. Əməliyyatdan sonra vintaçan onun başından çıxarılsa da, həyatı üçün təhlükə hələ də qalmaqdadır.

Şəmkir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Seymur Abbasovu hadisədən bir neçə saat sonra saxlamaq mümkün olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qeyd edək ki, bu, Seymur Abbasovun ikinci məhkumluğu olacaq. Onu 3 ildən 8 ilədək həbs cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti