...

Həbsxanaya ət tikələrinin içində narkotik maddə keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 18 Mart 2013 12:35 (UTC +04:00)
Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Həbsxanaya ət tikələrinin içində narkotik maddə keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 17-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1966-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nizami İbrahim oğlu Qəmbərova xalası oğlu Rəfail Əli oğlu Xəlilovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı plastmas qabda olan 10 kq-lıq bişmiş ət tikələrinin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş xüsusi çəkisi 14,855 qram olan "tiryək" narkotik vasitəsi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti