...

Abşeronda sürücü anasının ölümünə, atasının isə yaralanmasına səbəb oldu

Hadisə Materials 18 Mart 2013 13:07 (UTC +04:00)
Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan olub.
Abşeronda sürücü anasının ölümünə, atasının isə yaralanmasına səbəb oldu

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/

Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alan olub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, martın 17-də saat 01.20 radələrində Abşeron rayonu ərazisində, Sumqayıt şəhər sakini Rafiq Abdullayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən, onu yolun kənarındakı yol ayrıcısına vurub.

Nəticədə sərnişinlərdən - anası Rüxsarə hadisə yerində ölüb, xəsarət almış digər sərnişini atası Ədalət isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti