...

Berezovskinin ölüm faktı üzrə ilk dinləmələr başa çatıb

Hadisə Materials 28 Mart 2013 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Daxili İşlər Nazirliyinin patoloq-anatomlarının apardığı ölümsonrası ekspertizanın nəticələri göstərib ki, Boris Berezovskinin ölüm səbəbi asılma versiyasına uyğun gəlir. Bu barədə Trend cümə axşamı İTAR-TASS-a istinadən məlumat verir.

Onlar zorakılıq və ya güc tətbiqi ilə bağlı heç bir əlamət aşkar etməyiblər.

Bu gün Böyük Britaniyada Boris Berezovskinin ölüm faktı üzrə başlayan dinləmələrdə sahibkar rəsmən Platon Yelenin adı ilə qeyd edilir.

"Berezovski 2003-cü ildə Böyük Britaniyada qəbul etdiyi bu ad və soyadla dinləmə sənədlərində qeyd ediləcək", - Britaniya polisinin nümayəndəsi deyib.

"Ekspertizanın nəticələri göstərib ki, ölüm səbəbi asma versiyasına uyğun gəlir. Zorakılıq və ya güc tətbiqi ilə bağlı heç bir əlamət aşkar edilməyib. Toksikoloji və s. araşdırmalar daxil olmaqla növbəti testlər aparılacaq. Testlərin nəticələri bir neçə həftədən sonra əldə ediləcək", - polisdən deyiblər.

İstintaqçılar hesab edirlər ki, Berezovski özünü asıb. Ölüm faktı qeydə alınan gün Berezovskinin evinə çağırılan polis zabiti bildirib ki, sahibkarın boğazına parçadan düyün bağlanmışdı. "Düyünün digər ucu hamamda plastik pərdələrin asıldığı tirə bağlanmışdı", - o qeyd edib.

Britaniya polisi üçüncü tərəfin Berezovskinin ölümündə iştirakını istisna etmir. Bunu polis araşdırmasını aparan Mark Bissel deyib.

Onun sözlərinə görə, Berezovskini ölümdən qabaq sonuncu dəfə martın 22-də yerli vaxtla saat 21:05-də görüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti