...

Bakıda yaşayış evlərində yanğın baş verib, xəsarət alanlar var

Hadisə Materials 26 Aprel 2013 19:20 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.
Bakıda yaşayış evlərində yanğın baş verib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Bakıda yaşayış evlərində yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

Yanğın zamanı evdə yaşayan vətəndaş əl-üz nahiyəsindən yanıq xəsarətləri alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya çatdırılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 86 kv.m olan birmərətbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı evdə təmir işləri aparan, şəxsiyyəti məlum olmayan vətəndaş müxtəlif yanıq xəsarətləri alaraq Təcili Tibbi Yardım Xidməti tərəfindən Yanıq mərkəzinə çatdırılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti